Sonu gəlməyən xəyallarımdan ürəyimə düşən kölgəydi ayrılıq Səni göy üzünün görünmədiyi gecələrdə , Payızın yarpaq tökdüyü baxçalarda , Səssizcə gəzərkən gözlərimdə yalnızlıq , Heç ümüdü qalmayan insanlar kimi özümdən vaz keçərəy , Hər şeyi gözə alaraq SEVDİM...Onda anladım tutuşmuş ürəklərin acısını, o zaman hiss etdim könüllərdəki heç sönməyən yanğının dayanmayan yasını... Halbuki , bir göy qurşağı gözəlliyində idi yaşamaq başdan çıxarırdı insanı... Birdən-birə geri gəlməyəcəyini bilə-bilə gedənləri gözləmək bir ölüm idi... Məhbus oldum səbrsiz bəkləyişlərin arasında... Sonu gəlməyən xəyallarımdaydım ... Mənim sənli xəyallarımda... Necə də olsa bir gün tək qalacağdım... Necə olsa bir gün gecələr boyu ağlayacaqdım... Necə də olsa bu sevginin acısını çəkəcəydim ürəyimin dərinliyində... Necə də olsa sənsiz yəni "özümsüz” qalacağdım... Sən mən idin ... Necə də olsa icazəsiz sevmişdiy bir-birimizi... Bilirdim ki bir uçqun kimi düşəcəydi ürəyimə Amma olsun... sevməsəm dəli olacaqdım ...
|