Tarix insana bənzər nəhənglər haqqında ən müxtəlif mənbələri qoruyub, bugünkü günümüzə çatdırmışdır. Qədim Yunanıstan, Pompey, Roma, Karfagen və orta əsr avropa mədəniyyəti abidələrində və ən nəhayət, İncildə onlardan bəhs olunan faktlar var. Plutarxın yazdığına görə, tiran hökmdar Dionis ordusu üçün bir neçə satir yəni, qar adamı göndərmişdi.
Mopassanın "Dəhşət" hekayəsində qar adamı ilə rastlaşmaqdan söhbət açılır. Bu hadisəni ona rus yazıçısı Turgenev danışmışdı. Gənc yaşlarında yayda ova çıxan Turgenev meşədən kənarda, kiçik bir göldə çimirdi. Birdən çiyini arxasında kiminsə olduğunu hiss edir. Geri çevriləndə isə iri gözləri olan, qırışlı, böyük bir sifət görür. Vəhşi qadını xatırladırdı, amma meymun deyildi. O, qəribə səslər çıxarmağa başlayanda, Turgenev yerində dondu. Qorxuya güc gələn yazıçı arxasına baxmadan sahilə üzdü. Tez paltarını və silahını götürüb, meşəyə doğru qaçan Turgenev vəhşinin arxasınca gəldiyini görüb, ağacın dalında gizlənərək, tüfənfi ona tərəf tuşladı. Yalnız bundan sonra vəhşi istiqamətini dəyişərək gözdən itib.
XIX əsr abxaziya sənədlərində göstərilib ki, abxazlar arasında Zana adlı dişi Yeti yaşayırdı və o, insanlara uyuşmuşdu, hətta bir neçə uşaq da dünyaya gətirmişdi. Rus zooloqu Satunin 1899-cu ildə Talış dağlarında qulyabani gördüyünü yazıb.
1661-ci ildə Polşa kralı II Yan Kazmirə qeyri-adi hədiyyə gətirdilər. Bu, qəribə canlı idi. 13 yaşlı, bədəni tüklü, danışmaq əvəzinə qəribə səslər çıxaran vəhşini Kral saxlamaq qərarına gəldi. Kralın arvadı onu əhlilləşdirib həyət işləri görməyə alışdırmışdı. Yunan müəllifi Ktesiy öz şerlərində V əsrdə Hindistanda, Himalayda yaşayan insanabənəz canlılardan bəhs edir.
Dahi Nizami Gəncəvi "İsgəndərnamə" poemasında bu qəribə varlıqlara bütöv bir hissə həsr edib. İsgəndərin ruslarla döyüşündə rusların ordusunda çox nəhəng bədəni tüklə örtülü, ayaqları zəncirli, əllərində dəmirdən böyük bir toppuz olan qəribə döyüşçülərin olduğunu təsvir edib. Qar admını gözləri ilə görmüş ilk avropalı-ingilis hərbçisi Hovard Beridir. 1921-ci ildə o. Everest ekspedisiyasına rəhbərlik edirdi. 7 min metrlik yüksəklikdə alpinistlər qrup şəklində qəribə varlıqlar gördülər. Həmin yerə yaxınlaşanda isə qarın üzərində insan ləpirindən 3 dəfə böyük ayaq izləri var idi.
|