Görmür gözlərim səndən başqa heçkəsi Kor qoyub məni nakam sevgimin naləsi Dağ çəkir sinəmə "Unut məni" kəlməsi Al bu canımı onsuz kəsilib artıq nəfəsi
İzləyir hər an məni həsrətin qara kölgəsi Bezdirib gecələri qəlbimin fəryadlı səsi Qovub yuxularımı xəyalına dalmaq həvəsi Sənsən mənimçün eşqin dəyişməz qibləsi.