Türkiyə parlamentində millət vəkillərinin mübahisəsi əlbəyaxa davaya çevrilib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış edərkən baş verən gərginliyə Millətçi Hərəkat Partiyasının üzvü Osman Durmuş səbəb olub. Osman Durmuş, Ərdoğanın həyat yoldaşının Gülhanə Hərbi Tibb Akademiyası - GATA-ya xəstə ziyarətinə baş örtüklü olduğu üçün buraxılmamasına dəstək verərək istehza ilə işlətdiyi ifadələrlə mübahisəyə yol açıb. Ərdoğan çıxış edərkən Osman Durmuş, GATA həkimlərini nəzərdə tutaraq "Peyğəmbərin həyat yoldaşını xəstəxanaya necə buraxmazsınız" deyib. Bununla da mübahisə başlayıb.
Durmuş peyğəmbər bənzətməsini Ərdoğanın partiyasından bir nəfərə məxsus olduğunu deyib. Partiyanın parlamentdəki qrupunun sədr müavini Bəkir Bozdağ və baş nazir Ərdoğan isə Durmuşa cavab veriblər. Ərdoğan peyğəmbər ifadəsinin ədəbsizlik olduğunu deyib.
Deputatların əlbəyxaya döyüşü zamanı xəstəxanaya düşənlər də olub |