Kompüter təhlükəsizliyi məsələləri ilə məşğul olan kompaniyaların mütəxəssisləri beynəlxalq şəbəkədə yeni peydə olunmuş ziyan verici virus haqqında məlumat veriblər. Bu virus-proqram "Ramvicrype" adı altında yayılır və "Windows" əməliyyat sistemləri üçün təhlükə daşıyır. Fərdi kompüterlərə daxil olduqdan sonra virus RC4 alqoritmini tətbiq etməklə istifadəçinin məlumatlarını kodlaşdırır. Şifrələnmiş fayllar"vicrypt" formatında genişləndirilir. Belə halda faylları yalnız xüsusi alətlər vasitəsilə açmaq mümkündür. |