Hər "Bəzən"in bir zamanı vardır... Bəzən yorar insanı kiçik şeylər- böyük sirlər vardır, kiçik şeylərin içində, açıldıqca açılır, boyuna- biçiminə baxmadan... Bəzən dinləndirir insanı uzaqlar... Uzaqlığa bir yaxınlığı vardır gözlərin... Gözlərin olduğu qədər, könülün də... zən dayanır bütün addımlar... Addımların tənbəlliyindən deyil, yolların düşündürücülüyündən... Elə çətin olur ki, bəzən hər şey, susar ayaqlar da kimi zaman... əzən soruşar gözlər, dillər qəbul etsə belə... Məharət -gözləri belə razı salmaqdır, gözəl sözlər söyləmək deyil... Bəzən hər şeyi bir mimika başa salır... Bəzən göz yaşı, bəzən bir kəlimə... Nə qədər ağır gəlir bəzən söyləmək bir kəlimə belə! Bəzən bir an, bir ömür qoxar... Bəzən bir daha yaşamayacağını hiss edər insan... Bəzən şair olur insan, misra qura bilmir... Bəzən misra qurar insan, şair deyildir... Bəzən heç biridir... Nə deyəcəyini bilməyən sıradan, adi biridir... Bəzən yaşadığını daha chox hiss edər insan, öləcəyini unudar büs-bütün... Bəzən yaşadığını tamamilə unudar... Bəzən hər ikisini... Bəzən qorxar insan kölgəsindən...Kölgəsinin daxilində özündən... Bəzən susar insan...Dodaqları çatlayar susuzluqdan... Bəzən susar insan... Söyləniləcək çox şey varkən belə... Bəzən dolar insan, heç kim onu anlamaz... Bəzən hər kəs onu anlayar, özü-özünü anlamaz... Yalnızdır bəzən insan...Elə yalnız baxar ki dünyaya... Bəzən heç yalnız deyildir, əgər necə baxdığını bilirsə... Bəzən böyük görər insan özünü...Nə acizlikdir! (P.S.-Hər "Bəzən" in bir zamanı vardır... Bilirikmi o zamanı??? Bəzən "Bəzən" deyil, "Hər zaman" demək lazımdır...Deyə bilirikmi?!)
|