Bir kölgən olsun istəyirsən və o kölgəni xəyallarında belə xəyal edirsən. Onu qəlbində yaradıb yaşadırsan. Heç bir zaman ətrafına fikir vermədiyin üçün bir gün dövrəndə dövr edən kölgən qarşına çıxır. İllərdi gözlədiyin məqam yetişir, arzuların, ümidlərin və xəyalların oyanır. Bir müddət sonra hər zaman sənin yanındaymış kimi qol-qola girib yan-yana gəzirsən kölgənlə, üşüdüyün an ona sığınıb ondan istilik alırsan, həttda o sənin üçün bir günəş kimi parıldayıb sənə qışda şaxta bəxş etsə belə yenə ona sığınıb isinmək istəyirsən. Qucaqlayırsan ümidlər, arzular və xəyallar yaradan kölgəni. Bir dağ başında uçurumda olduğundan xəbərin yoxdu, səni göyün yeddinci qatına qaldıran bu kölgə bir azdan səni o təpədən yerə buraxacaq və hələ də sən onu onunlasan, o uçurumdan uçmamaq üçün qucaqladığın ümid, arzu və xəyallarını tərk edib sənə ip ucu olan yeni bir həyatdan tutmalısan. Amma bacarmırsan o xəyalların, ümidlərin və arzuların ilə birlikdə tək qalırsan. Bir zaman sənin qarşına çıxan kölgən, sonradan səninlə qol-qola girərək səndə ümidlər, arzular və xəyallar yaradır. Sonunda SƏN onun arxası ilə sürünən kölgə olursan. O səndən ayrılaraq yeni bir həyata addımlayır, sən isə ondan ayrı olsan belə, hələ də onun atdığı addımlar arxası ilə sürünüb, ümidlər edirsən, arzularınızı birlikdə yaşadığını zənn edib, xəyallar qurursan.Bir xəyal qurursan, onun da yerinə bunları real həyatda yaşamadığın üçün xəyalında yaşadırsan. Həyatın boyu arzuladığın həyatı onunla birlikdə ailə həyatı quraraq yaşayırsan. SƏN və MƏN! Bizdən başqa heç kim yoxdu o həyatda, hər ikimizin ortaq züvqünə görə bir evimiz olur, otağın divarlarında sənə və mənə aid olan şəkillər, sözlər, hekayələr |